SİYASƏT


Azərbaycanın Zəfər paradı Rusiya KİV-lərinin diqqət mərkəzindədir

Moskva, 10 dekabr, AZƏRTAC

Azərbaycanda keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Rusiya KİV-lərində diqqət mərkəzindədir. Bir çox xəbər resursları və telekanallar paradı səhifələrində, o cümlədən sosial şəbəkə hesablarında canlı yayımlayıblar.

AZƏRTAC xəbər verir ki, Rusiya mətbuatı Zəfər paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə yanaşı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakını xüsusi vurğulayıb. Dövlətimizin başçısı İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın Şəhidlər xiyabanını ziyarəti də diqqət mərkəzində olub.

Zəfər paradı haqqında reportajlarda Azadlıq meydanında Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi qeyd olunur.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.