İDMAN


Azərbaycanın daha dörd cüdoçusu “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır

Bakı, 24 oktyabr, AZƏRTAC

Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır.

AZƏRTAC xəbər verir ki, kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov Monqolustan təmsilçisi Anxjaya Lavjarqal ilə qarşılaşacaq. Bu çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev isə Yunanıstan idmançısı Georgios Azoidis ilə üz-üzə gələcək. Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Hidayət Heydərov bolqarıstanlı İvaylo İvanov, Murad Fətiyev isə braziliyalı Gilerme Şmidt ilə güclərini sınayacaqlar.

Turnirin birinci günündə yığma komandamızın üzvü Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

Azərbaycan “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.

Turnir oktyabrın 25-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.