İQTİSADİYYAT
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb
Bakı, 25 sentyabr, Elvin Camalov, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, 8 ayda ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 268,7 milyon ABŞ dolları, Meksika ilə 38,1 milyon dollar, Ekvadorla isə 27,6 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən İspaniya və Meksika ilə ticarət dövriyyəsi azalıb, Ekvadorla artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. Cari ildə İspaniyadan idxalın dəyəri 40 milyon 596 min dollar, Meksikadan 37 milyon 998 min dollar, Ekvadordan isə 27 milyon 635 min dollar təşkil edib. İspaniya və Meksikadan idxal əməliyyatlarının dəyəri azalıb, Ekvadordan artıb.
Səkkiz ayda ispandilli ölkələrdən ən çox məhsul İspaniya, Argentina və Kolumbiyaya ixrac edilib. İspaniyaya ixracın dəyəri 228,1 milyon dollar, Argentinaya 3 milyon 327 min dollar, Kolumbiyaya isə cüzi olub. İspaniyaya məhsul ixracı azalıb, Argentinaya isə çoxalıb.