İQTİSADİYYAT


Azərbaycanın energetika naziri ilə türkiyəli həmkarı arasında ikitərəfli görüş olub

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 22-də Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında ikitərəfli görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə nazir Pərviz Şahbazov Azərbaycanda enerji sahəsində həyata keçirilən layihələr və bu sahəyə yönəlik qarşılıqlı sərmayələr barədə danışıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz iki ölkə arasında qardaşlıq münasibətlərindən söz açıb, birgə əməkdaşlıq və əlaqələrin gələcək perspektivləri məsələlərinə toxunub.

Görüşdə, həmçinin Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun əhəmiyyəti qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.