ELM VƏ TƏHSİL
Azərbaycanın faydalı qazıntıları işğal nəticəsində qanunsuz olaraq istismar edilib
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan İşçi Qrupu tərəfindən beynəlxalq ekspertlər cəlb olunmaqla ilkin hesablamalar aparılıb.
AZƏRTAC xəbər verir ki, bu fikri İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Ermənistan işğalının ölkəmizə vurduğu zərərə və ilkin qiymətləndirməyə dair müzakirələr zamanı səsləndirib. O qeyd edib ki, hesablamalara görə işğal nəticəsində faydalı qazıntılar - 167 sayda qızıl, gümüş, mis, qurğuşun, civə, daş kömür, müxtəlif növ tikinti materialları və digər faydalı qazıntı yataqları, o cümlədən yeraltı şirin su və mineral su (Şırlan,Turşsu və s.) yataqları xarici ölkələrin hüquqi şəxslərinin iştirakı ilə Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilərək xarici ölkələrə daşınıb.