İQTİSADİYYAT
Azərbaycanın iqtisadi inkişafı böyük təəssürat yaradır VİDEO
Bakı, 4 may, Anar Rzayev, AZƏRTAC
Azərbaycanın iqtisadi inkişafı böyük təəssürat yaradır.
Bu sözləri Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak edən Koreya Respublikasının Baş nazirinin müavini, strategiya və maliyyə naziri, deputat Kyunqvan Çoi AZƏRTAC-a müsahibəsində deyib.
Dialoq, müzakirə, debatların keçirilməsi baxımından tədbirin əhəmiyyətinə toxunan Koreyanın Baş nazirinin müavini Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu vurğulayıb.
Azərbaycanın iqtisadi inkişafının gündən-günə sürətləndiyini söyləyən Kyunqvan Çoi ölkəmizin Koreya, eləcə də Asiya qitəsində olan digər dövlətlərlə əlaqələrinin genişlənməsinin əhəmiyyətindən danışıb.
Koreyanın Baş nazirinin müavini tədbirin belə yüksək səviyyədə təşkilinə görə Azərbaycanı təbrik edərək deyib: “Hazırda burada bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. İqtisadi böhran şəraitində Azərbaycan regionda, xüsusilə MDB məkanında liderliyini qorumaqdadır. Koreya Azərbaycanı beynəlxalq arenada hər zaman dəstəkləyir. Azərbaycan son 20 ildə mühüm nailiyyətlər əldə edib. Ölkəniz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfələr verir. Qlobal iqtisadiyyatın inkişafında, hətta dünya iqtisadiyyatının sabitləşməsində önəmli rol oynayır”.