İQTİSADİYYAT
Azərbaycanın rezidenti olan fiziki şəxsin ölkə kənarında əldə etdiyi gəlir vergiyə cəlb olunur
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycanda vergiyə cəlb olunur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünü seçməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.