Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın təşəbbüsləri: humanizm, dialoq və ədalət naminə

Azərbaycanın təşəbbüsləri: humanizm, dialoq və ədalət naminə

Müasir dünyada yüksək texnologiyalara sahib inkişaf etmiş ölkələr var. Onların bəşər insanına çox yardımları ola bilər. Ancaq real təcrübə tamamilə başqa mənzərəni ortaya qoyur. Milyonlarla insan öz yurdundan didərgin salınır. Zorakılıq qurbanı olanların sayı azalmır. Qadın, uşaq və qocalarla qeyri-insani rəftar özünü göstərir. Hazırda bütün dünya üzrə qaçqınların, məcburi köçkünlərin, münaqişələr zamanı zorakılığa məruz qalanların problemlərinin həlli ilə bağlı geniş müzakirələr aparılır. Rəsmi məlumatlara görə, bu gün dünya miqyasında münaqişələr və zorakılıq nəticəsində yurdlarından didərgin düşənlərin sayı 65 milyon nəfərə qədərdir. Təbii fəlakətlər və iqlim dəyişikliyi nəticəsində isə hər il 25 milyon insan öz evini tərk edir. Kifayət qədər yüksək rəqəmlərdir. İlk baxışdan ən inkişaf etmiş dövlətlər təsirli tədbirlər görməlidirlər. Ancaq reallıq başqa mənzərəni ortaya qoyur.

Humanizmin ünvanı: Azərbaycan fəallığını artırır

Müstəqil Azərbaycan dövlətinin 25 ildir mövcudluq müddətində göstərdiyi təşəbbüslərə milli maraqlar mövqeyi ilə yanaşı, regional və qlobal kontekstdə yanaşdıqda, çox maraqlı özəlliklərə rast gəlirik. Bu gənc azad ölkənin rəhbərliyi bütün bəşəriyyət və insanlıq üçün əhəmiyyətli proqramlar reallaşdırmaqdadır. Azərbaycanın təşəbbüsləri sosial-mədəni, humanitar, siyasi, təhlükəsizlik, iqtisadi, energetik, ekoloji sferaların hər birini əhatə edir. Nəinki Cənubi Qafqazda, heç postsovet məkanında ikinci belə nümunə yoxdur.

Bakıda sentyabrın son günlərində keçirilmiş V Beynəlxalq Humanitar Forumda müzakirə edilən məsələlərin fonunda yuxarıdakı fikirlər daha maraqlı və aktual rakursda görünür. Həmin tədbirdə geniş və dərin məzmunlu nitq söyləyən ölkə Prezidenti İlham Əliyev maraqlı faktlar gətirib. Dövlət başçısı ifadə edib ki, Azərbaycan dövlətlərarası əməkdaşlıq naminə beynəlxalq tədbirlərə ciddi yer verir. Bakı bu istiqamətdə əhəmiyyətli təşəbbüslərin müəllifidir. Onların sırasında Bakı Beynəlxalq Humanitar Forumunun xüsusi yeri vardır. Bundan başqa, iki ildən bir Azərbaycanda mədəniyyətlərarası dialoqa həsr edilmiş Forum keçirilir. Bir neçə il əvvəl isə dünya dinləri liderlərinin Bakı Zirvə görüşü olub. 2016-cı ildə Azərbaycan BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumuna ev sahibliyi edib (bax: Bakıda V Beynəlxalq Humanitar Forum işə başlayıb / AZƏRTAC, 29 sentyabr 2016).

Bütün bu tədbirlərdə əsas olaraq humanitar əməkdaşlığa, multikulturalizmə, qaçqın və köçkünlərə yardım məsələlərinə, qarşılıqlı əməkdaşlığın, etibarın gücləndirilməsinə və başqa əhəmiyyətli problemlərə aid mövzular müzakirə edilib. Azərbaycanın yuxarıda vurğuladığımız təşəbbüslərini təsnifatlaşdırsaq, zəngin bir mənzərə alınır. Onların hamısını səciyyələndirən Bakının humanizmə, qarşılıqlı əməkdaşlığa, tolerantlığa, mədəniyyətlər və dinlər arasında real dialoqa töhfə verməsidir. Azərbaycan rəhbərliyi humanitar fəlakətlərin qarşısının alınması, öz yurdlarından didərgin düşmüş insanlara dünyanın istənilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb. Eyni zamanda, bu məqamların təşviqi üçün beynəlxalq təşkilatlar çərçivəsində ciddi fəaliyyət göstərib.

Rəsmi Bakının bu cür xeyirxah siyasəti bir mühüm məqamın fonunda daha əhəmiyyətli görünür. Məsələ ondan ibarətdir ki, Azərbaycan özü uzun illərdir ki, təcavüzün qurbanıdır. Ermənistan ərazimizi işğal edib, milyonlarla dinc insanı öz yurdundan didərgin salıb, mədəniyyət abidələrimizi (hətta qəbirləri belə) dağıdıb. Ermənilərin törətdikləri vəhşiliklər bütün dünya üçün utanc yeridir. Buna baxmayaraq, rəsmi Bakı zərrə qədər də aqressiv, başqasına kin-küdurət bəsləyən siyasət yeritməyib, əməkdaşlıqdan qaçmayıb. Əksinə, daha böyük cəsarət və müdriklik nümayiş etdirərək, yaranmış böhrandan ağıl, humanizm, mədəniyyət, tolerantlıq, dialoq vasitəsilə xilas olmağa üstünlük verib.

Ənənəyə sadiqlik: böyük dövlətlər üçün ibrət dərsi

Prezident İlham Əliyev bunun əsas səbəbini gözəl ifadə edib. Dövlət başçısı bildirib ki, humanizm, əməkdaşlıq, multikulturalizm Azərbaycan cəmiyyəti və dövlətinin mahiyyətindədir, ənənədə həmişə mövcud olub (bax: əvvəlki mənbəyə). Müasir dövrdə isə bu, daha sistemli şəkildə dövlət siyasəti səviyyəsində davam edir.

Bəs Azərbaycanın bu təşəbbüsləri fonunda dünyada nələr baş verir? Nə qədər qəribə də olsa, qlobal miqyasda daha çox antihumanist xarakterli hadisələrə rast gəlirik. Onların bir qismi haqqında UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı danışıb. O deyib: "Biz ayrıca sosial transformasiyalar və faciələrdən qurtulmağa çalışan insanların yerdəyişməsi ilə səciyyələnən, sülhə yeni təhdidlər gətirən qloballaşma dövründə yaşayırıq. Yoxsulluq davamlı olaraq qalır, bərabərsizlik dərinləşir. Dünya zəmanəmizin ən ağır qaçqın və məcburi köçkün böhranları ilə üzləşməkdədir. Bütün bunlar milyonlarla qadın və kişini böyük əzablara düçar edən, ən çox ağrı-acısını gənclərin çəkdiyi radikallaşma və zorakı ekstremizm mühitindən qaynaqlanan "mədəni təmizləmə" ilə fərqlənən və daha tez-tez baş verən münaqişələrin birbaşa fəsadlarıdır" (bax: əvvəlki mənbəyə).

Bizcə, maraqlı fikirlərdir. Burada etiraf olunur ki, bir sıra dairələr dünyada müxtəlif ad altında, əslində, "mədəni təmizləmə" siyasəti aparmağa çalışırlar. Bunun üçün isə cəmiyyətlərdə, xüsusilə Qərbdə radikallaşma və zorakı ekstremizm mühiti yaradırlar. Prezident İlham Əliyev də Forumdakı nitqində təəssüflə vurğulayıb ki, Avropanın bir sıra ölkələrində radikalizm, islamofobiya, dözümsüzlük kimi hallar getdikcə vüsət alır (bax: əvvəlki mənbəyə). Ölkə başçısı açıq bəyan edib: "...islamofobiya bütün İslam aləmini narahat edir, incidir. Çünki həm bəzi kütləvi informasiya vasitələri, həm də bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər qəsdən İslam haqqında, dinimiz haqqında mənfi rəy formalaşdırırlar. İslamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir. Bəzi Avropa ölkələrinin rəhbərləri "stop İslam" deyirlər. Bəziləri deyir ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrantları yox. Bu, nədir? Bu, XXI əsrdə Avropada yenidənmi faşizmin baş qaldırmasıdır? Əfsuslar olsun ki, buna nə beynəlxalq təşkilatlar, nə ayrı-ayrı ölkələr reaksiya verir, sanki bu, belə də olmalıdır. Çox təhlükəli meyillərdir və biz mütləq bu barədə danışmalıyıq" (bax: əvvəlki mənbəyə).

Biz burada müqayisələr apara bilərik. Azərbaycan nankor qonşularından ağır zərbələr almasına baxmayaraq, dialoq, tolerantlıq, faydalı əməkdaşlıq yolunu tutub. Özünü demokratiya, sivil inkişaf beşiyi adlandıran bəzi ölkələr isə insanlara dini fərqliliyə görə əzab verir, onların haqqını tapdalayır, təhqir edir və ölkəyə buraxmaq istəmirlər. Bu, nədir? Belə çıxır ki, beynəlxalq dairələrin azərbaycanlı qaçqın və didərginlərin öz yurdlarına qayıtması istiqamətində tutarlı iş görməməsi təsadüfi deyil. Yaxın Şərqdən məcburən Avropaya miqrasiya edən minlərlə müsəlmanın hüquqlarının məhz Avropada tapdanması da təsadüfi deyil. Azərbaycanla Avropanın humanitar fəlakətə münasibətlərindəki fərqlər tam aydındır.

Məhz həmin fərqlərə görə BMT-nin Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə bağlı olan 4 qətnaməsi yerinə yetirilmir. Azərbaycan xristianların mədəni abidələrini təmir etdirdiyi, onların mədəniyyətinə hörmətlə yanaşdığı bir zamanda, Avropanın inkişaf etmiş ölkələri müsəlmanlara qarşı ikili standartlarla hərəkət edirlər. Dünya bu təzaddan çox əziyyət çəkib və çəkmədə davam edir. Ancaq siyasətçilər bunu duya bilirlərmi?

Məsələ Azərbaycanın təşəbbüsləri fonunda daha düşündürücü görünür. Çünki qlobal miqyasda humanitar fəlakət daha da dərinləşir. Getdikcə daha çox insan faciəyə düçar olur. Böyük dövlətlər isə bunun qarşısını almaq üçün heç bir addım atmırlar. Sanki bəşəriyyətin vicdanı ikiyə bölünüb – onun bir tərəfində var-dövlət içində yaşayan, lakin riyakarlığa yuvarlanmış bir qisim, digərində isə adi insani haqlarından belə məhrum olunmuş, üstəlik, bütün günahlar üzərinə atılmış məzlumlar! Azərbaycan öz siyasəti ilə göstərir ki, zülmə məruz qalanların yanındadır. Dinindən, irqindən asılı olmayaraq, haqqı tapdanan hər bir insan övladının yardımçısıdır. Bu məsələlərdə dünyanın Azərbaycandan öyrənməli olduğu çox məqamlar mövcuddur. V Bakı Beynəlxalq Forumu bu tezisi bir daha təsdiq etdi!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pianoçu Olqa Domnina: Avropada Azərbaycan musiqisini daha fəal şəkildə təbliğ etmək lazımdır

Azərbaycanla Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Araşdırma - İnsan genlərini tənzimləyən süni intellekt vasitəsi hazırlanıb

Britaniya polisi Ruandaya deportasiya ediləcək ilk şəxslərin evlərinə basqın edib

Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Türkiyə Ali Məşvərət Şurasının iclası keçirilib

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Basketbol Liqası: "Xəzri" pley-offa böyük hesablı qələbə ilə start verib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi

“Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” - Tarix Muzeyində açıq dərs

“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb

NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bir haldır

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub

Dövlət Komitəsinin sədri ilə ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti arasında görüş keçirilib

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb

KOICA-nın Azərbaycanda kəhriz su sistemlərinin bərpası ilə bağlı layihəsi yekunlaşıb

İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Azərbaycan-Belarus münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib

Migel Anxel Moratinos: Azərbaycan Prezidenti Forumda çıxışında bizə mühüm mesajlar verdi və istiqamət göstərdi

Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların III Zirvə görüşü keçirilib

Ukrayna Ali Radasının sədr müavini Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edib

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

İstanbulda baş verən insident nəticəsində 28 polis əməkdaşı yaralanıb, 210 nəfər saxlanılıb

İranlı nazir: Sülh içində yaşamağa nail olmaq üçün mədəniyyətlərarası layihələrə ehtiyac var

Avstraliyalı deputatlara Azərbaycan-Ermənistan danışıqları barədə məlumat verilib

Pedaqoji Universitetdə “Peşəkar ol! – Necə?” layihəsinə başlanılıb

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır - MÜSAHİBƏ

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Forumunda mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi diqqət mərkəzində olub

TÜRKSOY-un Baş katibi: Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq

Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

“Aztelekom” “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

Universitetin tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX respublika elmi-texniki konfransı keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 4 məsələ müzakirə olunub

XTQ-nin veteranları ilə görüş keçirilib

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

BDU-da seminar: Müsahibə texnikaları

Baş nazir Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib

İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib VİDEO

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

“Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - elmi seminar

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

AQTİ işə qəbul elan edir

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub

Tal Katran: Şuşanı təbiət möcüzəsi adlandırmaq olar

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir

İmişlidə baş verən yol qəzasında yaralıların sayı 5-ə çatıb YENİLƏNİB VİDEO

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq VİDEO

Məhəmməd Əl-Qasimi: İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə töhfəsini verəcək

TDT üzv ölkələrdə ətraf mühitin qorunmasına böyük önəm verir

Bakıda lV Beynəlxalq Autizm Festivalı keçirilib

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı genişləndirilir

Reymond Bondin: Azərbaycan çox gözəl mədəni irsə malikdir

Gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb

Bahar Muradova: Qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların əsas mövzusuna çevrilməlidir

BDU-da İsrailin Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçiriləcək

Səudiyyəli nazir: Alternativ enerji mənbələri üzrə geniş fəaliyyət göstəririk

Elnur Məmmədov: "Prezident Kuboku" reqatası ildən-ilə daha maraqlı və uğurlu alınır

“GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB-3 VİDEO

BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Nigeriyanın UNESCO-dakı nümayəndəsi: Dünyanın daha yaxşı olması üçün Dialoq Forumu kimi tədbirlərin keçirilməsi çox vacibdir

ICESCO-nun Baş direktoru: Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranını aradan qaldıra bilərik

Litvalı tədqiqatçı: Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür

ICESCO-nun Baş direktoru COP29-a dəvət olunub

Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub

Mədəniyyətlərarası Dialoq Forumunda Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi mövzusunda müzakirələr aparılıb

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

CNN: Kolumbiya Universitetində etiraz aksiyaları zamanı 230 nəfər həbs edilib

Məktəb direktoru müavinləri üçün təlimlər davam edir

Qabriela Ramos: Süni intellekt Bakı Forumunun ən vacib mövzularındandır