CƏMİYYƏT


Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər var

Tbilisi, 12 iyun, AZƏRTAC

Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 12-də Tbilisidəki Cümə Məscidində Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstanda dini etiqad azadlığı, müsəlmanlarla digər dini icmalar arasındakı münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

GMİ-nin şeyxi Ramin İgidov bildirib ki, Gürcüstanda yaşayan müsəlmanlar dini qurumlar arasında ikincidir. Ölkədə 300-dən artıq məscid var, onların da 180-dən çoxu qeydiyyata alınıb və müsəlmanların mülkiyyətinə verilib. Müsəlman dini icması hər il dövlət büdcəsindən 2 milyon 700 min laridən çox yardım alır. Bu vəsait hesabına son dörd ildə 120-yə yaxın məscid təmir olunub.

“Gürcüstanda dini etiqad azadlığı və ya ayrıca din haqqında qanuna ciddi ehtiyac var. Azərbaycanda din azadlığı ilə əlaqədar qəbul olunmuş qanun bizim üçün də məqbuldur”, - deyə R.İgidov vurğulayıb.

F.Muradov Azərbaycanda din azadlığının, tolerantlığın dünyada nümunə olduğunu vurğulayıb.

Bildirib ki, Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər var. Bu, digər sahələrdə də əlaqələrimizin daha da genişləndirilməsi üçün gözəl zəmin yaradır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.