SİYASƏT


Azərbaycanın və Türkiyənin nümayəndə heyətlərinin rəhbərləri AŞPA-da birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər VİDEO

Strasburq, 26 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumdakı Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidov ilə Ahmet Yıldız arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimizin nümayəndə heyətlərinin Avropa Şurası yanında əlaqələndirilmiş fəaliyyətinin təşkili müzakirə olunub.

Bildirilib ki, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” prinsipini rəhbər tutaraq Avropa Şurasında bir-birini həmişə dəstəkləyib, ümumi dəyərlərə üstünlük verib.

Qurumda Azərbaycana və Türkiyəyə qarşı təhdidlər, eləcə də milli maraqlar ilə bağlı məsələlərin reallaşması istiqamətində konkret tədbirlər, planlar və fikirlər müzakirə edilib. Gələcək fəaliyyətdə koordinasiyanın daha da təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qurum çərçivəsində bu Qələbəyə hər hansı bir təhdid, təxribatçı addımlar olduğu təqdirdə onun qarşısını almaq üçün birgə fəaliyyətin təşkili müzakirə edilib və bunun vacibliyi bildirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.