Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın xilası və yüksəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın xilası və yüksəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 13 iyun, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin ölkəmizin taleyində əvəzsiz rolu, onun prezidentliyi dövründə həyata keçirilən qlobal iqtisadi islahatlar, abadlıq və quruculuq işləri barədə “Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi Loğman Zülfüqarlı AZƏRTAC-a öz fikirlərini təqdim edib.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın həm bugünkü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi nöqteyi-nəzərdən xalqımızın ümummilli lideri Heydər Əliyev epoxası bənzərsizdir. Taleyüklü hadisələrlə yaddaşlarda həkk olunan, Vətənimizin milli intibahı kimi xarakterizə olunan, şanlı istiqlal tariximizə qızıl hərflərlə yazılan bu dövr Ulu Öndərimiz, dünya səviyyəli dövlət başçısı və ictimai-siyasi xadim Heydər Əliyevin adı və fəaliyyəti, onun fenomenal şəxsiyyəti ilə bilavasitə bağlıdır.

Sirr deyil ki, haqqında danışdığımız bu dövr Azərbaycanın çağdaş tarixinin bütöv bir salnaməsini təşkil edir və onun hər bir səhifəsi, hər bir sətri ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Ulu Öndərimiz müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bu gün müstəqil siyasət həyata keçirən, dünya birliyində öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti - Heydər Əliyevin şah əsəri, xalqımıza yadigarıdır.

Dövlət o vaxt güclü və yenilməz olur, qarşısına çıxan maneələri o halda dəf edə bilir ki, onun rəhbəri ilə xalqı arasında sarsılmaz vəhdət, birlik mövcud olsun. Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində əvəzsiz rol oynayıb, xalqımızın başının üstünü almış bütün bəlalardan hifz edib qoruyub. Fenomenal biliyə, sarsılmaz iradəyə və milli ruha malik olan ulu öndər Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə cavab olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail oldu. Bu, sözün əsl mənasında “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, - deyib mübarizə meydanına atılan böyük ürəkli Vətən oğlunun öz Vətəni və xalqı qarşısında misilsiz fədakarlığı idi.

İyunun 15-i Azərbaycanın müasir tarixinin ən mühüm günlərdən biridir. 25 il bundan öncə yaşadığımız həmin tarixi anlarda Ulu Öndərimiz deyirdi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Tarix özü sübut etdi ki, dünya şöhrətli dövlət xadimi və ustad siyasətçi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə-neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə həqiqətən də qadirdir.

Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi prosesə çevrildi və ölkəmiz davamlı inkişaf magistralına qədəm qoydu.

Heydər Əliyev istər Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-80-ci illərdə, istər Sovetlər İttifaqı rəhbərliyinə irəli çəkildiyi, istərsə də müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərin hər anında öz doğma xalqının taleyini şəxsi taleyi hesab edib, xalqın qəlbində həmişə əvəzolunmaz lider kimi uca zirvədə dayanıb.

Ümummilli liderimiz Heydər Əliyevin 1992-2003-cü illəri əhatə etdiyi on illik prezidentliyi dövrü müstəqillik tariximizə qlobal iqtisadi islahatlar, abadlıq və quruculuq işlərinin geniş vüsət alması, daxili və xarici siyasətdə qazanılan mühüm nəticələrlə müşayiət olunub. İstiqlalımızın bərpasının ilk illərində xalqımızın bu böyük oğlunun hakimiyyətdə olmaması üzündən dərin siyasi və iqtisadi böhran içərisində çabalayan Azərbaycan qısa müddətdə ayağa qalxmağa nail oldu. MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda torpaq islahatı əzmlə həyata keçirildi, torpaq onun əsl sahibinə qaytarıldı, ölkənin sənaye və kənd təsərrüfatı məhsulları istehsalında özəl sektorun payı ilbəil artırıldı. Özəl sektorun, sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər milli iqtisadiyyatımızın artımında onun əhəmiyyətli rolunu gözəl bilirdi. Məhz bunun sayəsində artıq 1996-97-ci illərdən başlayaraq ölkəmiz nəinki böhranın fəsadlarını aradan qaldırmağa, hətta sürətli inkişaf mərhələsinə qədəm qoymağa müvəffəq oldu. Bazar iqtisadiyyatına keçidlə bağlı çox böyük və mühüm tədbirlər həyata keçirildi, bu da sahibkarlığın inkişafına güclü təkan verdi.

Bəzi statistik rəqəmlərə müraciət etmək kifayətdir ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən geniş və dərin islahatların əhəmiyyəti aydın görünsün. Belə ki, 2003-cü ildə 1998-ci illə müqayisədə ümumi daxili məhsul istehsalı 21,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 12,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 18,2 faiz, nəqliyyat sektorunda yükdaşımalar 33,5 faiz, pərakəndə əmtəə dövriyyəsi 86,9 faiz, xarici ticarət dövriyyəsi 2,6 dəfə yüksəldi. Təkcə 1998-2002-ci illər ərzində əhalinin nominal pul gəliri 46,8 faiz, adambaşına düşən pul gəliri 42,4 faiz, orta əmək haqqı 87,2 faiz artdı. Həmin dövrdə istehlak qiymətlərinin indeksi 97,2 faizi ötdü.

Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi. Zamanın onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq oldu. Ulu Öndərimizin müstəqil Azərbaycanın Prezidenti kimi on illik fəaliyyəti özünün əzəmətli ifadəsini, ilk növbədə, ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapır.

Ulu Öndərimizin siyasi kursunda Ermənistanın ölkəmizə və xalqımıza qarşı təcavüzünün qarşısının alınması və ərazi bütövlüyümüzün bərpası, ermənilərin terror və soyqırımı siyasəti yürütməsinin bütün dünyaya çatdırılması son dərəcə mühüm yer tuturdu. Cəbhədə atəşkəsin əldə olunması Azərbaycanda milli ordu quruculuğu prosesini sürətləndirməyə, ölkəmizin iqtisadi və hərbi potensialını gücləndirməyə imkan verdi. Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışına qədər bunlar yox dərəcəsində idi.

Təsadüfi deyil ki, müasirləri, dünyanın aparıcı dövlətlərinin başçıları və görkəmli ictimai-siyasi xadimləri Heydər Əliyevi zəmanəmizin canlı əfsanəsi kimi qəbul edib və ona böyük ehtiram bəsləyiblər.

Bu gün ölkəmizin hər bir guşəsində, iqtisadi və siyasi həyatımızın hər bir sahəsində sürətli inkişaf və tərəqqi müşahidə olunur. Respublikamızda yaşayan hər bir vətənpərvər insan Azərbaycan vətəndaşı olduğu üçün fəxr edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin milli inkişaf strategiyası Prezidentimiz İlham Əliyevin idarəçilik məharəti sayəsində xalqımızın davamlı tərəqqidə olan bu gününü və firavan gələcəyini təmin edir. Ölkəmizin hazırda nail olduğu bütün uğurların əsasları və gələcək inkişaf perspektivləri birbaşa ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Loğman ZÜLFÜQARLI,

“Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar