SİYASƏT


Azərbaycanın yeni ombudsmanı seçilib

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının yeni ombudsmanının seçilməsi ilə bağlı məsələ müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova bu vəzifəyə namizədlər barədə məlumat verib. Səsvermə yolu ilə Səbinə Əliyeva Azərbaycan Respublikasının yeni Ombudsmanı seçilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini vəzifəsində çalışan Səbinə Əliyeva 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan S.Əliyeva, eyni zamanda, hüquq üzrə fəlsəfə doktorudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.