ELM VƏ TƏHSİL


Azərbaycanlı alim Türkiyədə “İslam mədəniyyətində əlyazma sənətləri” mövzusunda araşdırma aparıb

Azərbaycanlı alim Türkiyədə “İslam mədəniyyətində əlyazma sənətləri” mövzusunda araşdırma aparıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Əlyazmaşünas alim, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə İstanbulda İslam Araşdırmaları Mərkəzində (İSAM) “İslam mədəniyyətində əlyazma sənətləri” mövzusunda araşdırma aparıb. Alim yeni nəşr olunan “Əlyazmaların bədii tərtibat xüsusiyyətlərində dini-fəlsəfi aspektlər” monoqrafiyasını mərkəzə hədiyyə edib.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, monoqrafiyanın İSAM-da keçirilən təqdimat mərasimində tədqiqatın yeni müstəvidə aparıldığı və müasir dövr üçün aktuallığı vurğulanıb.

Əsər Türkiyənin elmi mühiti tərəfindən maraqla qarşılanıb.

S.Nemətzadə monoqrafiyanın nüsxələrini Atatürk Kitabxanasına, Atatürk Mədəniyyət, Dil, və Tarix Qurumuna, Türk Tarix Qurumuna, Mərmərə Universitetinə də təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.