ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin məqaləsi ABŞ-ın impakt faktorlu jurnalında dərc olunub
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadənin məqaləsi beynəlxalq jurnalda dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, alimin ABŞ-ın Southern İllinoys Universitetində nəşr olunan impakt faktorlu “Dil və ədəbiyyat haqqında toplu” jurnalının (“Journal Papers on language and literature”) növbəti nömrəsində “Nizaminin “Xosrov və Şirin” poemasında at heykəl obrazı” (“The image of the horse Statute in Nizami`s poem Khosrow and Shirin” ) məqaləsi yer alıb.
Qeyd edək ki, jurnal “Thomson Reuters” agentliyinin bazasına daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]