ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Bakı, 9 sentyabr, AZƏRTAC

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Süni intellektin tarixi, metodologiyası və hipotezi” başlıqlı məqaləsi ABŞ-da “China-USA Business Review” jurnalında dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə qloballaşmanın ən mühüm elmi-texniki hadisəsi, eyni zamanda, fəlsəfə elminin yeni və ciddi mövzularından biri olan süni intellekt fəlsəfəsinin tarixindən, metodologiyasından və hipotez mahiyyətindən bəhs edilir. Müəllif süni intellekt sisteminin tarixini izləyir, A.Turinq nəzəriyyəsinin yaranması, inkişaf mərhələlərinə diqqət yönəldir və bu sahənin vəziyyətini təhlil edib qiymətləndirir.

Xatırladaq ki, dünyanın bir sıra nüfuzlu elmi indekslərinə daxil edilən bu jurnalda Xatirə Quliyevanın “Azərbaycançılıq ideologiyasından multikulturalizmə kimi milli mədəniyyətlərarası dialoq fəlsəfəmiz” adlı məqaləsi də mart-aprel sayında dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.