ELM VƏ TƏHSİL


Azərbaycanlı məktəblilər Böyük Britaniyada keçirilən Riyaziyyat Olimpiadasında medallar qazanıblar

Bakı, 22 iyul, AZƏRTAC

Böyük Britaniyanın Bat şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan məktəbliləri növbəti uğur əldə ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 110 ölkədən 621 şagirdin iştirak etdiyi olimpiadada bu qurumun tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev bürünc medallar qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.