REGİONLAR


Azərbaycanlı tədqiqatçı beynəlxalq jurnalın redaksiya heyətinə üzv qəbul edilib

Naxçıvan, 15 fevral, AZƏRTAC

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin aktuallığına və elmi əhəmiyyətinə görə Hindistanın məşhur “Şərqin kimya jurnalı”nın redaksiya heyətinə üzv seçilib.

Akademiyanın Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 1985-ci ildən dərc olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan elmi nəşrlər siyahısına daxildir. Jurnal “Clarivate Analytics” indekslidir və dünyanın bir çox milli və beynəlxalq elmi qurumları tərəfindən tanınır. Nəşrin redaksiya heyətində Amerika Birləşmiş Ştatları, Kanada, İngiltərə, İtaliya, Niderland, Rusiya, Türkiyə, Çin və digər ölkələrin nümayəndələri yer alıb. Günel Məmmədova sözügedən beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunan ilk azərbaycanlı tədqiqatçıdır.

Alim Naxçıvan Muxtar Respublikasının təbii mineralı – seolitlə bağlı müasir analiz metodlarından istifadə etməklə yüksək nailiyyətlər əldə edib. Apardığı mühüm elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir sıra xarici ölkələrinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb.

Qeyd edək ki, tədqiqatçı Amerika Birləşmiş Ştatları, İngiltərə, Rusiya, Sinqapur və Fransada fəaliyyət göstərən beynəlxalq elmi jurnalların redaksiya heyətinin də üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.