ELM VƏ TƏHSİL
Azərbaycanlı tədqiqatçılar Şərq əlyazmalarını tədqiq etmək üçün İsrailə dəvət olunublar
Bakı, 8 avqust, AZƏRTAC
İsraildə fəaliyyət göstərən İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Anatoli Binyaminov avqustun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
İnstitut direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov qonağa təmsil etdiyi elm müəssisəsinin fəaliyyəti barədə məlumat verib.
A.Binyaminov isə İsraildə saxlanan bəzi Şərq əlyazmalarından söhbət açıb. O, eyni zamanda, ölkəsində saxlanılan orta əsr Şərq əlyazmalarını tədqiq etmək üçün azərbaycanlı araşdırmaçıları İsrailə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [20:14]
Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub
- 10.05.2024 [19:47]
ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib
- 10.05.2024 [19:25]