İDMAN


“Azəri” komandası “Bahar turniri”nin qalibi olub

Bakı, 28 may, AZƏRTAC

AFFA-nın və Bakcell şirkətinin dəstəyi, Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Bahar turniri” başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Azəri” komandası turnirin qalibi olub. “Ümid” və “Zirvə” komandaları ilk üçlükdə yer alıblar.

“Ümid” komandasından Aslan Mehdiyev ən yaxşı oyunçu, Əliəkbər Əlizadə isə turnirin ən yaxşı qapıçısı seçilib. Turnirin ən məhsuldar futzalçısı 11 qol vuran “Azəri” komandasının üzvü Rabil Şahbazov olub.

Sonda komandalara medallar, diplomlar və kubok təqdim olunub. Mükafatları Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti Elşad İbrahimli, federasiyanın üzvləri Nəbi Nəbiyev və Akif Hacıyev təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.