İQTİSADİYYAT


“Azəriqaz” “Açıq mikrofon” aksiyasını vətəndaşlar üçün daha əlçatan edir

“Azəriqaz” “Açıq mikrofon” aksiyasını vətəndaşlar üçün daha əlçatan edir

Bakı, 14 oktyabr, AZƏRTAC

“Azəriqaz” İB vətəndaş məmnunluğunu təmin etmək istiqamətində işlərini davam etdirir. Müxtəlif layihələr həyata keçirilir, vətəndaşların problem və təklifləri individual qaydada dinlənilir, məmur əlçatanlığı maksimum təmin edilir. Bu ilin avqust ayının 4-dən start götürən və qısa müddətdə əhatə dairəsi genişlənən “Açıq mikrofon” aksiyası da bu məqsədə xidmət edən layihələrdən biridir.

“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, vətəndaşların rahat şəkildə istifadə etdiyi səyyar qəbul otaqlarının imkanları geniş olsa da, bu layihənin radio versiyasının da effektiv olacağını düşünərək İB “Açıq mikrofon”u “ASAN radio” vasitəsilə daha da asanlaşdıracaq. Oktyabrın 15-dən etibarən hər həftənin cümə günü saat 17:05-də “Açıq mikrofon”un səsi “ASAN radio”dan gələcək. Vətəndaşlar zəng edərək onları maraqlandıran sualları verib, problemlərini səsləndirə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.