İQTİSADİYYAT


“Azəriqaz” İB mükafatlandırılıb

Bakı, 12 mart, AZƏRTAC

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən Onlayn İctimai Nəzarət Platforması layihəsinin 3-cü rüb yekunlarına dair dəyirmi masa keçirilib.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, dövlət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların və QHT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə layihənin icrası ilə əlaqədar problemlər, həllini tapmış və tapmamış məsələlər müzakirə edilib. Üçüncü rübün nəticələrinə görə Onlayn İctimai Nəzarət Platformasında vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün “Azəriqaz” İB ən fəal dövlət müəssisəsi kimi təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.