CƏMİYYƏT


“Azəriqaz” İB-nin baş direktoru şəhid ailəsi ilə görüşüb

Bakı, 7 iyul, AZƏRTAC

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Qurban bayramı ərəfəsində şəhid Nurəhməd Ulubəyovun evinə baş çəkərək onun ailəsi ilə görüşüb.

İB-dən AZƏRTAC-a bildirilib ki, şəhid ailəsini bayram münasibətilə təbrik edən baş direktor şəhidin atası Hacıbəy Ulubəyovla söhbət edərək onların qayğıları ilə maraqlanıb. Söhbət zamanı vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidin əziz xatirəsi yad edilib.

Qeyd edək ki, şəhidin atası Hacıbəy Ulubəyov uzun illərdi Birliyin İdarəetmə Aparatında çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.