İQTİSADİYYAT


“Azəriqaz”: Yeddi ayda abonentlərin 68,5 faizi limiti keçməyib

Bakı, 12 avqust, AZƏRTAC

“Azəriqaz” İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq olunan illik limit daxilində və limiti keçərək təbii qazdan istifadə edən abonentlər haqqında məlumat verib.

AZƏRTAC xəbər verir ki, bu ilin yanvar-iyul aylarında əhali sektoru üzrə qeydiyyatda olan abonentlərin ümumi sayının 68,5 faizi yəni, 1 milyon 667 min 301 abonent təbii qazdan aşağı tariflə istifadə edib.

Təyin olunan limiti aşan abonentlərin sayı ümumi abonentlərin 31,5 faizdir. Yəni, ümumilikdə 767 min 470 abonent limiti keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.