İQTİSADİYYAT


“Azərişıq” ASC daha bir neçə xidməti asanlaşdırıb

Bakı, 25 iyul, AZƏRTAC

“Azərişıq” ASC daha bir neçə xidməti asanlaşdırıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərişıq” tərəfindən operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə bundan sonra enerji təchizatı sxemini dəyişən (güc mənbəyinin dəyişməsi, bir fazalı təchizat sxemindən üç fazalı təchizat sxeminə və ya əksinə keçid) abonentlərə yeni kodların verilməsi yalnız “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində edilmiş sifarişlər əsasında həyata keçiriləcək. Bununla bağlı RETSİ (Regional Elektrik Təchizatı və Satış İdarəsi) və ETSİ-lərə (Elektrik Təchizatı və Satış İdarəsi) xüsusi tapşırıqlar verilib.

Qeyri-əhali abonentlərinin istənilən səbəbdən sayğacdəyişdirmə ilə bağlı olan müraciətləri də bu mərkəzlərdə edilmiş sifarişlər əsasında baş tutacaq. Atılan addım elektrik qurğularının şəbəkəyə qoşulması zamanı texniki şərtlərin verilməsində yarana biləcək xoşagəlməz halların qarşısını almaqla yanaşı, vətəndaş məmnunluğunu artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.