REGİONLAR
“Azərişıq” Cəlilabadda yenidənqurma işləri aparır VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
“Azərişıq” ASC Cəlilabad rayonunun Şatırlı inzibati ərazi nümadəliyinə daxil olan üç kənddə - Şatırlı, Buravar və Badamağacı kəndlərində əsaslı şəkildə yenidənqurma işləri aparır.
Bu barədə AZƏRTAC-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Mustafayev deyib.
Onun sözlərinə görə, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə aid bu üç kənddə ümumilikdə 1500-dək sakin yaşayır. Yenidənqurma işləri kənddə bütün elektrik enerjisi sistemini əhatə edir. İranla sərhəddə yerləşən bu ucqar kəndlərə ilk dəfə 1962-ci ildə elektrik enerjisi verilib. Ötən 58 ildə istismar müddətini başa vurmuş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranıb. Adıçəkilən kəndlərdə elektrik enerjisi təchizatının yenilənməsi məqsədilə dayaqlar, elektrik veriliş xətləri, sayğaclar yenilənir, komplekt transformator məntəqələri quraşdırlır.
İşlər başa çatdıqdan sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaq.