İQTİSADİYYAT


“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Bakı, 23 fevral, AZƏRTAC

Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Həmçinin ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

“Azərişıq” istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.