İQTİSADİYYAT


“Azərkosmos” ASC tərəfindən 39 milyon dollar dəyərində xidmət ixrac olunub

Bakı, 30 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 39 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayına istinadla xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib. 2021-ci ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 33 ölkəsinə 6,7 milyon dollar dəyərində xidmət ixrac edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.