REGİONLAR


“Azərsu” ASC-nin rəhbərliyi Şəki, Zaqatala və Qəbələdə vətəndaşları qəbul edəcək

Bakı, 12 iyul, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iyulun 19-da Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

ASC-dən AZƏRTAC-a bildirilib ki, iyul 22-də “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov Zaqatala şəhərində Zaqatala və Balakən rayonlarından olan sakinlərlə görüşəcək. İyulun 23-də ASC sədrinin müavini Etibar Məmmədov Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbullar “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin, Zaqatala və Qəbələ sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi, “[email protected]” elektron poçtu vasitəsilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.