MƏDƏNİYYƏT


“Azərxalça” Moskvada təşkil olunacaq beynəlxalq tekstil sərgisində ilk dəfə iştirak edəcək

 Bakı, 10 sentyabr, AZƏRTAC

“Azərxalça” ASC sentyabrın 14-dən 16-dək Moskvada təşkil olunacaq beynəlxalq ev tekstili sərgisi “Heimtextil”də iştirak edəcək.

Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, sərgidə klassik Azərbaycan xalçaları ilə yanaşı, yeni dizayn üslubunda toxunan modern tərzli əsl əl xalçalarımız da nümayiş olunacaq.

Xatırladaq ki, “Azərxalça” ASC dünya və yerli bazara yalnız klassik Azərbaycan xalçalarını deyil, modern tərzdə də xalçalar təqdim edir. Həmin xalçaların dizayn üslubu dəyişilsə də, naxış elementləri, toxunma texnikası olduğu kimi saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.