İDMAN
“Azəryol”-“Ankara Yenimahalle BSK” oyununun idarəçiliyi kosovolu hakimlərə tapşırılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” komandasının “Çağırış Kuboku” uğrunda yarışlarda keçirəcəyi oyunların vaxtı müəyyənləşib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, təmsilçimiz noyabrın 17-də Türkiyənin “Ankara Yenimahalle BSK” kollektivi ilə qarşılaşacaq.
Ankaranın THF İdman Kompleksində keçiriləcək matçı kosovolu hakimlər - Şerif Xhema və Besfort Jahja idarə edəcəklər. Avropa Həndbol Federasiyasının təmsilçisi isə gürcüstanlı Levan Gelaşvili olacaq.
Komandalar arasında cavab oyunu əvvəlcədən razılaşdırıldığı kimi bir gün sonra Türkiyədə keçiriləcək. “Azəryol” cavab matçında meydana nominal ev sahibi kimi çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]
“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub
- 10.05.2024 [17:17]