DÜNYA


BƏƏ ilə Türkiyənin ticarət dövriyyəsi ikiqat artırılacaq

BƏƏ ilə Türkiyənin ticarət dövriyyəsi ikiqat artırılacaq

Qahirə, 27 aprel, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici ticarət naziri Tani al-Zeyudi jurnalistlərə müsahibəsində bildirib ki, hazırda Türkiyə ilə iqtisadi tərəfdaşlıq sazişinin hazırlanması üzrə danışıqlar aparılır.

AZƏRTAC xəbər verir ki, nazir özünün tviter səhifəsində yeni sazişdə iki ölkə arşında ticarət dövriyyəsinin ikiqat artırılacağını yazıb. O əlavə edib ki, sənəddə, həmçinin gömrük tariflərinin aşağı salınması, malların sərbəst tədarükü, sərmayə axınının intensivləşməsi və ticarət baryerlərinin aradan qaldırılması məsələləri öz əksini tapacaq. “Biz, türkiyəli həmkarlarımızla indiyədək görünməmiş biznes əlaqələri quracağıq. Bu, həmçinin əməkdaşlığımızda yeni mərhələnin başlanğıcı olacaq”, - deyə Tani al-Zeyudi vurğulayıb.

Nazir diqqətə çatdırıb ki, onun ölkəsi bir sıra tərəfdaşları, o cümlədən İsrail və Hindistanla da sərbəst ticarət sazişləri imzalamağı nəzərdə tutur.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.