İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, 4 bankın iştirakı ilə bağlanmış əqdlərin həcmi 200 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4915 manata bərabər olmuşdur. Təklifin həcmi 150 min dollar olduğu halda, ilkin tələb 200 min dollar təşkil etmiş, bundan sonra isə bağlanış sessiyasının məzənnəsi 1 ABŞ dolları üçün 4916 manata qalxmışdır.
Birja elektron hərracları sistemində (BEST) bank sifarişlərində olan ABŞ valyutasının qiyməti 1 USD üçün 4914,90 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 3,649 milyon ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 17,934 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 405000 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1, T+2 alətləri üzrə əqd bağlamamışlar. Banklar EUR/AZM, RUR/AZM üzrə BEST-ə sifarişlər verməmişlər.
Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 20-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.