İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Səhər keçirilmiş səsli hərracların yekunlarına görə, 2 bankın iştirakı ilə bağlanmış əqdlərin həcmi 150 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4916 manata bərabər olmuşdur. Təklif 200 min dollar həcmində olduğu halda ilkin tələb 150 min dollar təşkil etmiş, bundan sonra manatın məzənnəsi 1 bənd qalxmışdır.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4913,87 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 3,552 milyon dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 17,454 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 444 min dollar düşmüşdür. Tələb olmadığından dilerlər USDAZM T+1, T+2 aləti üzrə əqd bağlamamışlar.
AVRAZM, RURAZM alətləri üzrə banklar BEST-ə sifarişlər verməmişlər.
MiIli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 22-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.