İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 500 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4914 manata bərabər olmuşdur. Təklif 500 min dollar və tələb 450 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd qalxmış və 1 dollar üçün 4913 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4915 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 2 milyon 12 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,889 milyarddır. Bir əqdə, orta hesabla, 287 429 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit
bazarında banklar, ümumən, 35,734 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Mayın 19-da Bakı birjasında banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.