İQTİSADİYYAT


BALAKƏN ŞƏHƏRİ QAZLAŞDIRILIR

Balakəndə şəhər əhalisinin təbii qazla tam təmin olunması üçün tədbirlər görülür.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2003-cü ildə qaz istismarı idarəsi daxili imkanlar hesabına şəhərdə 13 kilometr uzunluğunda yeni qaz xətləri çəkmişdir. İstismarda olan qaz xətlərində təmir işləri aparılmışdır.

Bu ilin payız-qış mövsümü ərəfəsində şəhərdə 250-dən çox mənzil qazlaşdırılmışdır. Hazırda Balakən şəhərində 940 ailə təbii qazla təmin olunmuşdur.

Şəhərin qazlaşdırılması işi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.