İQTİSADİYYAT


BANKLARIN NİZAMNAMƏ KAPİTALININ ÜMUMİ HƏCMİ 10,1 FAİZ ARTMIŞDIR

2003-cü il avqust ayının 1-nə olan məlumata görə, respublikada 94 kredit təşkilatı bank əməliyyatları aparmaq üçün lisenziyalara malikdir. Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bunların 48-i qeyri-bank kredit təşkilatıdır.

Əhalinin vəsaitinin cəlb edilməsinə 41, xarici valyuta ilə əməliyyatların aparılmasına 43, qiymətli metallarla əməliyyatların aparılmasına 1, plastik kredit kartları ilə əməliyyat aparılmasına 26 kredit təşkilatının icazəsi vardır.

Hazırda respublikada 46 bank, o cümlədən, xarici kapitalın iştirakı ilə 16 bank fəaliyyət göstərir. 5 bankda xarici kapitalın payı 50 faizdən 100 faizə qədərdir, 9 bankda 50 faizdən azdır, 2 bank isə qeyri-rezident bankların filialı kimi fəaliyyət göstərir.

Avqustun 1-nə bankların nizamnamə kapitalı 692,5 milyard manat təşkil etmişdir ki, bu da yanvarın 1-i ilə müqayisədə 10,1 faiz çoxdur.

Nizamnamə kapitalının ümumi məbləğinin 72 milyard manatı dövlət banklarının, 620,5 milyard manatı isə özəl bankların payına düşür. Xarici kapitalın iştirakı ilə yaradılmış bankların nizamnamə fondu 252,8 milyard manat təşkil etmişdir. Hər banka, orta hesabla, nizamnamə fondundan 15,1 milyard manat düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.