ELM VƏ TƏHSİL


BDU-da Laçının işğaldan azad olunmasının ildönümünə həsr edilən tədbir keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Laçın rayonunun işğaldan azad olunmasının ildönümünə həsr edilən tədbir keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “BDU Könüllüləri”nin Kitabxanaçılıq-informasiya fakültəsi üzrə əlaqələndiricisi Diləfruz Ağamalıyeva ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunduğunu, böyük Zəfər qazandığımızı vurğulayıb.

Tədbirdə BDU könüllüsü Vüsal Məmmədovun hazırladığı “Azad Laçın” videoçarxı nümayiş etdirilib.

BDU-nun professoru Xəlil İsmayılov, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan, qazi anası Zöhrə Camalova, Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi, qazi Xəqan Məmmədov 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin əhəmiyyətindən, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq tədbirlərindən bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.