ELM VƏ TƏHSİL


BDU-da Nizami irsinə həsr olunmuş yarış keçirilib

Bakı, 22 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Şərqşünaslıq fakültəsində Nizami Gəncəvi ilinə həsr olunmuş Xəmsə yarışması turnirinə start verilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Şərqşünaslıq fakültəsinin dekanı vəzifəsini icra edən Tərlan Məlikov və fakültənin dekan müavini Şahin Yusifli çıxış edərək Nizami Gəncəvinin yaradıcılığı barədə ətraflı məlumat verib, gənclərin böyük şairin yaradıcılığına olan marağını yüksək qiymətləndiriblər.

Sonra tələbələrin böyük maraq və həyəcanla izlədikləri yarımfinal mərhələsində finala vəsiqə qazanan iştirakçıların adları açıqlanıb və növbəti həftədə isə final turnirinin keçiriləcəyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.