ELM VƏ TƏHSİL


BDU-da “Şuşa İli”nə həsr olunmuş intellektual yarışın qalibləri müəyyənləşib

Bakı, 28 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı və BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə fakültə tələbələri arasında “Şuşa İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, 11 komandanın iştirak etdiyi yarışmada 24 sual səsləndirilib. Münsiflər heyətinin qərarına əsasən, yarışmada I yeri “BDU könüllüləri”, II yeri “Zəfər”, III yeri “Dəmir yumruq” komandaları tutub.

Qaliblərə medal, kubok, sertifikat və pul mükafatı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.