BDU-da Zəfər Günü münasibətilə keçirilən rəsm müsabiqəsinin nəticələri açıqlanıb
AzerTAg.az
Bakı, 30 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbələr arasında 8 Noyabr - Zəfər Günü münasibətilə keçirdiyi rəsm müsabiqəsi başa çatıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Müsabiqədə BDU-nun 30 nəfərdən çox tələbəsi iştirak edib. Təqdim olunmuş rəsmlər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib. Müsabiqə komissiyasının qərarı ilə I yerə Fizika fakültəsinin tələbəsi Nəzrin Əliyeva, II yerə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Nuray Quliyeva, III yerə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Səbinə Şirinova, IV yerə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Anaxanım Kərimovanın rəsmləri layiq görülüb.
Qaliblərə diplom və pul mükafatı verilib.




Xəbərin mətnində orfoqrafik səhv var