ELM VƏ TƏHSİL


BDU-nun Elmi Kitabxanasında “Necə nəşr etməli?” mövzusunda vebinarlar keçiriləcək

Bakı, 20 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Necə nəşr etməli?” (How to get published?”) mövzusunda silsilə vebinarlar keçiriləcək.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan vebinarlar iyun ayından başlayaraq dekabradək ayda bir dəfə olmaqla təşkil ediləcək. Vebinarlar “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorlar Cesika Lipovski və Lorianne Sarsfieldin iştirakı ilə aparılacaq.

İlk vebinar iyunun 22-də Bakı vaxt ilə saat 13.00-da keçiriləcək. Bu vebinarda məqaləni nəşr etmək üçün düzgün jurnal seçimi, məqalə təqdim olunmazdan əvvəl diqqət ediləcək tələblər və s. məsələlərə aydınlıq gətiriləcək. Vebinar ingilis dilində olacaq.

Vebinarda iştirak üçün: https://sagepub.zoom.us/webinar/register/WN_UrND-RWzTKavWSJQHzUvVg linkində qeydiyyatdan keçmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.