ELM VƏ TƏHSİL
BDU-nun elmi şurasında 2018-2019-cu tədris ilinə dair məruzə dinlənilib
Bakı, 14 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin elmi şurasının genişləndirilmiş iclası olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, iclasda universitetin rektoru, akademik Abel Məhərrəmov müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.
Rektor, eyni zamanda, BDU-nun 100 illik yubileyi ərəfəsində həyata keçirilən layihələr barədə məlumat verib, iclasın gündəliyində olan məsələləri diqqətə çatdırıb.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın 2018-2019-cu tədris ilində yay məktəbi, universitetə qəbulun nəticələri və tədrisin təşkili ilə bağlı məruzəsi dinlənilib.
Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə BDU-nun elmi strukturlarında attestasiyanın keçirilməsi və islahatlar, BDU-nun “SABAH” Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova “SABAH” qruplarında tədrisin təşkili barədə məlumat veriblər.
Sonra Şura üzvlərinin fikirləri dinlənilib, cari məsələlər müzakirə olunub.