ELM VƏ TƏHSİL


BDU-nun tələbələri yay semestri dərslərində

Bakı, 12 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 2021-2022-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan bakalavr və magistrantların fənlər üzrə akademik borcların ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi məqsədilə müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən yay semestri təşkil edilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Elmi Şuranın 2022-ci il 8 iyul tarixli qərarına əsasən, BDU-da yay semestrinin ənənəvi qaydada və “Blackboard” elektron tədris platforması vasitəsilə onlayn şəkildə iyulun 25-dən 6 həftə ərzində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə yay semestri dərslərində 206 fənn üzrə 1129 tələbə (bakalavriat üzrə - 1104, magistratura üzrə - 25) iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.