REGİONLAR
BEYNƏLXALQ TƏŞKİLATLAR KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN QORUNMASINA DİQQƏTİ ARTIRIRLAR
Z.Əkbərov, həmçinin regional müşavirədə Azərbaycanda kənd təsərrüfatı bitkiləri müxtəlifliyinin genetik ehtiyatlarının mühafizə olunması barədə məruzə etmiş, beynəlxalq mərkəzləri və fondların rəhbərlərini bu məsələlərdə ölkəmizə diqqəti artırmağa çağırmışdır.
Müşavirədə regional strategiyanın əsas istiqamətləri, bu strategiyaya uyğun olaraq hazırlanmış təkliflər, region üçün öncül hesab olunan əsas ərzaq bitkilərinin və onların yabanı formalarının qorunmasına dair məsələ müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.
Hər iki tədbirin iştirakçıları qəbul edilən qərarların Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulamış, yaxın gələcəkdə bitki genetik ehtiyatlarının qorunması, toplanması və saxlanması sahəsində əhəmiyyətli addımlar atılacağına inam ifadə etmişlər.
Z.Əkbərov beynəlxalq və regional təşkilatların rəhbərləri, region ölkələrinin nümayəndələri ilə görüşlərində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etmiş, əməkdaşlığın əsas istiqamətləri ilə bağlı müvafiq razılaşmalar əldə edilməsinə nail olmuşdur.
Müşavirədə Kənd Təsərrüfatı Bitkilərinin Müxtəlifliyi üzrə Qlobal Fondun, region ölkələrinin milli əlaqələndiricilərinin məruzə və hesabatları dinlənilmişdir.