İQTİSADİYYAT


BİZNES TƏDRİS MƏRKƏZİ YARADILACAQDIR

AZƏRTAC-ın verdiyi xəbərə görə, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamenti ölkədə sahibkarların təşəbbüskarlığını, hüquqi biliklərinin artırılması, informasiya təminatının gücləndirilməsi, yeni iqtisadi şəraitdə iş təcrübəsinin öyrənilməsi və artırılmasına kömək məqsədi ilə regional şəbəkəyə malik biznes tədris mərkəzinin yaradılması üzrə işləri davam etdirir.

Mərkəz sahibkarlara informasiya, təlim və məsləhət xidmətləri göstərəcəkdir. Bunun üçün mərkəzdə xüsusi informasiya resurs xidməti də fəaliyyət göstərəcəkdir.

Biznes tədris mərkəzinin ilkin mərhələdə Bakıda, daha sonra isə onun regionlarda qurumlarının yaradılması nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.