DÜNYA


BMT Baş Assambleyası Moskvada beynəlxalq konfrans keçirilməsini təklif edib

BMT Baş Assambleyası Moskvada beynəlxalq konfrans keçirilməsini təklif edib

Bakı, 1 dekabr, AZƏRTAC

BMT Baş Assambleyası İsrail-Fələstin münaqişəsinin həllinə yardım etmək məqsədilə Moskvada beynəlxalq konfrans keçirilməsini təklif edib.

AZƏRTAC “Yerusəlim Post”a istinadla bildirir ki, bu çağırış Fələstin məsələsinin sülh yolu ilə həlli istiqamətində atılan addımların tərkib hissəsi kimi nəzərdə tutulur. Belə ki, İsrail ilə Fələstin arasında ədalətli, davamlı və hərtərəfli sülh razılaşmasına nail olunmasını sürətləndirmək üçün BMT Təhlükəsizlik Şurası 2008-ci ildə qətnamə qəbul edib. Bu qətnamənin bəndlərinin birində Moskvada problemin həllinə hesablanmış beynəlxalq konfransın keçirilməsi tələb edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.