CƏMİYYƏT


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı heyvan xəstəlikləri üzrə qlobal məlumat sistemi hazırlayıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Dünya heyvan xəstəliklərindən irəli gələn yeni təhlükələrə hazır olmalıdır. COVID-19 pandemiyası, daha ayıq olmağın zəruriliyi barədə qorxunc xatırlatma oldu.

AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) heyvan xəstəlikləri üzrə yeni Qlobal İnformasiya Sistemini təqdim edərək bildirib. FAO-nun Baş direktoru Tsuy Dunyuy deyib ki, indi baytarlıq nəzarətini və kənd təsərrüfatı heyvanlarında xəstəlik halları ilə bağlı dövlətlər arasında məlumat mübadiləsini gücləndirmək lazımdır. FAO-nun Baş direktorunun sözlərinə görə, bütün dünyada minlərlə heyvandarı birləşdirəcək “EMPRES-i+” onlayn sistemi sayəsində ölkələr potensial təhlükəli vəziyyətləri daha tez müəyyən edə və onlara reaksiya verə biləcəklər. Yeni platforma 2004-cü ildən işləyən “EMPRES-I” sistemini əvəz edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.