Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BMT-nin sessiyası və Azərbaycan həqiqətləri

BMT-nin sessiyası və Azərbaycan həqiqətləri

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışı ən azı bir neçə əməli fəaliyyət sahəsi üzrə qruplaşdırıla bilər:

- Dünyaya təhdid yaradan “ikili standartlar”,

- Hərbi cinayətkar olan uğursuz dövlət Ermənistanın beynəlxalq səviyyədə qəbul olunmuş qətnamə və qərarlara məhəl qoymamasından irəli gələn problemlər;

- Azərbaycan xalqının haqlı Qələbəsi;

- Xalqımız öz kökünə, tarixinə, dilinə, adət-ənənələrinə bağlı bir xalqdır;

- İqtisadi potensialının, beynəlxalq nüfuzunun artması fonunda Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər;

-Yeni gerçəkliklər və yaşanan çətinliklər.

Altı istiqamət üzrə qruplaşdırdığımız çıxış bir il öncəki çıxışı xatırlatması ilə də ibrətamizdir.

Bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın "BMT-nin sessiyası və Azərbaycan həqiqətləri" sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir:

"Nəyi nəzərdə tuturam? – Ötən ilin sentyabrında – 75-ci sessiyada çıxış edən Prezident İlham Əliyev bir sıra vacib xəbərdarlıqlar etmiş, Ermənistanın və Ermənistana olan münasibətin timsalında baş verə biləcək hadisələrdən danışmışdı. Demişdi ki, Ermənistan təmas xəttinə yeni hərbi texnika cəmləşdirir, yeni müharibəyə hazırlaşır və beynəlxalq ictimaiyyət işğalçıya “Dur!” deməlidir. Xəbərdarlıq edilmişdi ki, həll olunmamış, dondurulmuş münaqişələr ədalətli sülhə xidmət etmir; işğalçı və işğalçılıq mütləq şəkildə beynəlxalq hüquq normaları çərçivəsində qəti münasibətlə üzləşməlidir. Prezident belə xəbərdarlıqları az qala bütün beynəlxalq platformalarda və dəfələrlə etmişdi. BMT-nin 75-ci sessiyasında Prezident öz fikirlərini bir daha ifadə etdi və... az sonra – sentyabrın 27-si səhər saatlarında olanlar oldu! 44 gün sürən müharibəni tarixi Zəfərlə başa çatdıran Azərbaycan 30 illik işğala da, BMT-nin həll edə bilmədiyi 4 qətnaməni də təkbaşına yerinə yetirdi.

Prezident 76-cı sessiyada müharibəyə gətirib çıxaran qaçılmaz səbəbləri, beynəlxalq qurumların məsuliyyətini xatırladarkən, Ermənistanın iç üzünü, əsl simasını, daha doğrusu, simasızlığını da təkzibedilməz şəkildə təqdim etdi. Bununla da postmüharibə dövrü gerçəklikləri, bu gerçəkliklərin yaratdığı yeni məsuliyyət və çağırışlar gündəliyə gətirildi.

Qısacası, əlaqədar qurum-quruluşlar, ilk növbədə Ermənistan hərbi-siyasi rəhbərliyi bu konstruktiv çıxışdan nəticə çıxarmasa, Prezidentin səlis təqdim etdiyi siyasi-hərbi, sosial-iqtisadi mənzərəni dərk etməsə, bir sonrakı BMT sessiyasında ediləcək çıxışın məzmununu təsəvvür etmək çətin deyil. Azərbaycanın dövlət başçısının indiyə qədərki çıxışlarına, vədlərinə, xəbərdarlıqlarına bələd olan hər kəs bilir ki, o çıxışlarda yerinə yetirilməsi mümkün olmayan vəzifə, dəqiqləşdirilməmiş informasiya, beynəlxalq hüquqla tərs mütənasib olan vəd olmur. Ona görə də hər kəs qəbul etməlidir ki, Azərbaycan unikal dövlət-xalq birliyinin qüdrəti ilə, haqlılığın verdiyi güclə öz dövlət maraqlarını təmin edəcəkdir. Çünki bizim dövlət maraqları məhz haqqa, ədalətə, hüquqa əsaslanır.

Prezidentin BMT-nin 76-cı sessiyasındakı çıxışında əsas diqqət yetirdiyi məqamlar sırasında Azərbaycan xalqının öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalq olmasının vurğulanması da təsadüfi deyil, əlbəttə. Əlbəttə, dövlət başçısı təsadüfləri deyil, təvafüqləri ifadə edir. 2020-ci ildə Azərbaycanımızın adı beynəlxalq mediada daha çox, Tovuz döyüşləri, onun ardınca Rusiyanın Xəzər üzərindən İrana, İrandan Ermənistana hərbi təyinatlı intensiv yükdaşımaları, Goranboyda erməni diversiya-kəşfiyyat cəhdinin qarşısının alınması, 27 sentyabr-10 noyabr arasında baş verən Vətən müharibəsi, dekabrda Bakıda keçirilən Qələbə Paradı... fonunda tirajlandısa, 2021-ci il Azərbaycan üçün, necə deyərlər, Mədəniyyət İli kimi xarakterizə oluna bilər:

“Azərbaycan xalqı öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalqdır. Mən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu ili “Nizami Gəncəvi İli” elan etmişəm. XII əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşür.

Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış, müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “Bakı Prosesi” BMT tərəfindən güclü şəkildə dəstəklənir. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı dedi. Bəli, biz multikulturalizmi bir yaşam tərzi olaraq qoruyur və dəstəkləyirik. Biz müharibədə qalmamışıq, müharibədə göstərdiyimiz qızıl ləyaqəti sülh quruculuğunda da göstəririk. Biz dövlət-xalq birliyinin gücünün təntənəsi ilə Qarabağı yenidən qurur, bərpa edir, o torpaqlara mədəniyyət aparırıq – işğal mədəniyyətsizliyinə son veririk. Dünya müharibədə, işğalın aradan qaldırılmasında yanımızda durmadı, indiki quruculuq prosesində də yanımızda durmasa, bu bizə tarixi haqsızlıq, onların özü üçünsə böyük yanlışlıq olacaqdır. Biz onsuz da Qarabağa qaynar həyatı qaytaracağıq. 30 illik işğala son verməyi bacaran ölkə, tikib-qurmağı da bacaracaq, buna heç kəsin şübhəsi olmamalıdır. Heç kəsin şübhəsi olmamalıdır ki, nəinki 30 il, mövcud olduğu 100 ildən bir az çox “tarixçə”si müddətində onun-bunun hesabına yaşamış Ermənistandan uğurlu dövlət əmələ gətirmək müşkül məsələdir. Ermənistanın nicatı Azərbaycanla, Türkiyə ilə mehriban qonşuluqdan keçir. Gərək Ermənistan işğalçılıq, terrorçuluq siyasətindən birmənalı, qəti şəkildə imtina etsin, üzərinə öhdəlik götürsün.

Yalnız az bir hissəsini şərh etməyə çalışdığımız tarixi çıxışın ümumi məzmunu, orada qaldırılan məsələlər, irəli sürülən təşəbbüslər Azərbaycan dövlətinin və şəxsən dövlət başçısının xarakterini, xalqımızın dünyaya baxışını, cəmiyyətimizin yeni dünya çağırışlarına hansı səviyyə, dərəcə və keyfiyyətdə cavab verdiyini göstərməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub