DÜNYA


BMT sülh mədəniyyəti problemlərini müzakirə edəcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Bu gün BMT Baş Assambleyasının sülh mədəniyyəti üzrə Bəyannamə və Proqramı qəbul etməsindən 20 il ötür. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, bu münasibətlə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında yüksək səviyyəli Forum öz işinə başlayır.

Forumda BMT Baş Assambleyasının sədri Mariya Fernanda Espinosa, 2011-ci il Nobel Sülh mükafatı laureatı Leyma Qbovi və digər natiqlər çıxış edəcək, dünyanın müxtəlif yerlərində silahlı münaqişələrə həsr olunmuş sənədli film nümayiş etdiriləcək.

Sülh mədəniyyəti üzrə Bəyannamə və Proqramda göstərilir ki, sülh mədəniyyəti bəşəri dəyərlərdən ən aktual və mühüm olanıdır. Həmin sənədlərin qəbul edilməsindən sonra növbəti - 2000-ci il Beynəlxalq Sülh Mədəniyyəti ili, 2001-2010-cu illər isə Beynəlxalq Sülh Onilliyi elan olunub.

Yüksək səviyyəli Forumda BMT Baş katibinin adından dünya ictimaiyyəti və üzv dövlətlərə müraciət də qəbul ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.