İQTİSADİYYAT


“BOKT Embafinans MMC”nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

Bakı Fond Birjasında (BFB) "BOKT Embafinans MMC”nin 1 milyon AZN həcmində, bir il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, yerləşdirmə zamanı hərracın qiyməti 1000,00 AZN olub. Bir investor tərəfindən 1 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1.000.000,00 AZN, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon AZN olub. İstiqrazlar gələn il dekabrın 3-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.